Britaniya investorlar üçün “qızıl viza”ların verilməsini dayandırmayıb

12-12-2018, 06:48           
Britaniya investorlar üçün “qızıl viza”ların verilməsini dayandırmayıb
Böyük Britaniya hökuməti investorlar üçün “qızıl viza”ların verilməsinə dair proqramı dayandırmayıb.

“Report” “İndependent”ə istinadən xəbər verir ki, “Birinci dərəcəli investor vizası” hələlik dayandırılmasa da, ölkənin Daxili İşlər Nazirliyi(DİN) gələcəkdə qaydaları dəyişdirmək niyyətindədir.

Xatırladaq ki, kütləvi informasiya vasitələri bundan əvvəl nazirliyə istinadən həmin vizalar üçün ərizə qəbulunun dekabrın 7-dən dayandırılacağını, yalnız qaydalara dəyişiklik ediləndən sonra yenidən davam etdiriləcəyini bildirmişdi. Yeni qaydaların gələn il tətbiq ediləcəyi gözlənilsə də, nəşrin qeyd etdiyi kimi, dəyişikliyin məhz nədən ibarət olacağı və nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.