Çin o qadına görə Kanada və ABŞ -a "müharibə" elan etdi

12-12-2018, 08:55           
Çin o qadına görə Kanada və ABŞ -a "müharibə" elan etdi
Kanadalı diplomat həbs olundu - "Huawei" işi qızışır

46 yaşlı Men Vançjounun dekabrın 1-də Vankuver hava limanında saxlanılması beynəlxalq skandala səbəb oldu. Kanada tərəfi "Huawei"in maliyyə direktoruna qarşı rəsmi qaydada dələduzluq ittihamı irəli sürdü. Buna cavab olaraq Çinin Xarici İşlər Nazirliyi Kanadanın Pekindəki səfirinə qəti etirazını bildirdi. Bir daha aydın oldu ki, Çin dövləti Men Vançjou-un azadlığa çıxması üçün radikal addımlara da hazırdır.

Çox gözləmək lazım gəlmədi. Keçmiş diplomat Michael Kovrig Çində həbs olundu. Qərb dairələri dərhal hərəkətə keçdi. Beynəlxalq Böhran Qrupu ( The International Crisis Group) bəyan etdi ki, Michael Kovrig-in həbsindən xəbərdardır. Kanadanın Baş naziri Castin Trudo (Justin Trudeau) isə bildirdi ki, bu məsələilə bağlı Çinlə birbaşa əlaqədədirlər. Məsələ son dərəcə ciddidir. Baş nazir Çinlə aparılan danışıqların detalları barədə məlumat verməyib.

Kanada vətəndaşlarının təhlükəsizliyinə məsul olan nazir Ralph Goodale jurnalistlərə deyib ki, "yaranmış vəziyyətlə bağlı dərin narahatlıq keçirməkdədirlər".

Michael Kovrig diplomat kimi Pekin, Honq Konq və BMT-də çalışıb. Beynəlxalq Böhran Qrupun da da bir xeyli işləyib.

Aydındır ki, o, xanım Men Vançjou-nun həbsinə cavab olaraq zindana atılıb. Men Vançjouisə ABŞ-ın sifarişi ilə Kanada tərəfindən saxlanılıb. "Huawei"in maliyyə direktoru İranla qeyri-qanuni biznes əlaqələrə görə həbs olunub. İttiham öz təsdiqini tapsa o, 30 il müddətinə azadlıqdan məhrum edilə bilər. Onun cümə axşamı məhkəmə qarşısına çıxacağı gözlənilirdi. Men Vançjou-nun həyat yoldaşı bildirib ki, o, xanımına görə 11 milyon dollar girov qoymağa hazırdır. Bundan başqa Kanadada olan iki villalarını da xanımının azadlığına qurban verə bilər.

Court sketch of Meng Wanzhou during her bail hearing in Vancouver, British Columbia, Canada 7 December 2018

Ancaq Kanadanın baş prokuroru girov müqabilində Men Vançjou-nun zaminə buraxılmasına etiraz edib və bildirib ki, onların pulu çoxdur, bu isə onların qeyri-qanuni şəkildə Kanadanı tərk etməsinə gətirib çıxara bilər.

Çinin Xarici İşlər Nazirliyi onu da bəyan edib ki, beynəlxalq qanunlara görə, Kanada "Huawei"in maliyyə direktorunun həbsi ilə bağlı rəsmi Pekinə dərhal məlumat verməli idi. Kanada tərəfi isə bunu etməyib.

Çərşənbə axşamı Reuters xəbər agentliyinə müsahibə verən ABŞ prezidenti Donald Tramp deyib ki, Men Vançjou-nun həbsinə görə ABŞ Ədliyyə Nazirliyinin işinə müdaxilə edəcəm: " Əgər görsəm ki, bu, milli təhlükəsizlik maraqlarına xidmət edir və Çin ilə ən böyük ticarət anlaşmasına yol açır, onda belə bir müdaxiləyə əl atacam".

Elbəyi Həsənli, musavat.com

P.S Əminliklə demək olar ki, "Huawei"in maliyyə direktorunun həbsi siyasi sifarişlə həyata keçirilib və Amerika ilə Çin arasında gedən ticarət müharibəsinin bir fraqmentidir.

https://www.bbc.com/news/world-us-canada-46533971












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.