Sabiq baş nazir həbs olundu - 1 milyard dolların yoxa çıxmasında şübhəli bilinir

16-10-2015, 11:59           
Sabiq baş nazir həbs olundu - 1 milyard dolların yoxa çıxmasında şübhəli bilinir
Moldovanın keçmiş baş naziri, dələduzluqda şübhəli bilinən Vladimir Filat korrupsiyaya qarşı mübarizə üzrə bölmənin əməkdaşları tərəfindən həbs edilib.

ANS PRESS-in məlumatına görə, deputatlar tərəfindən keçmiş baş nazirin toxunulmazlığı ləğv olunduqdan sonra maskalı polis onu parlament binasında yaxalayıblar.

Səsvermə başlamazdan əvvəl parlament binası qarşısına toplaşan nümayişçilər binaya girişi bağlayıblar. Keçmiş baş nazir
Moldova banklarından 1 milyard dolların yoxa çıxmasında şübhəli sayılır.

2009-2013-cü illərdə hökumət başçısı vəzifəsini tutmuş Filat hazırda Moldava Liberal-Demokratik Partiyasına başçılıq edir. O, dələduzluqda iştirak etmədiyini və ona qarşı ittihamlar siyasi motivli olduğunu bildirib.

Ümumiyyətlə, Moldovanın 2014-cü ilin noyabrına üç ən böyük bankından 1 milyard dollar yoxa çıxıb. Bunun ardınca banklar müflisləşdiklərini elan etmiş və bununla da xarici bankların təsiri altına düşüb. Bank böhranı ölkənin milli məzənnəsini güclü zəiflədib və ölkədə həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə təsir göstərib.

Bildirilir ki, Moldovanın hakimiyyət orqanları ölkənin keçmiş baş naziri və hakim Avropa yönlü koalisiyanın lideri Vladimir Filatı məqsədli şəkildə tutub. Keçmiş baş nazirin toxunulmazlığı parlament tərəfindən ləğv olunduqdan sonra o, öllkənin Milli Antikorrupsiya Mərkəzinə aparılıb. Əgər məhkəmə Filat barədə qətimkan tədbiri seçərsə, o məhkəməyə qədər daha uzun müddətdə həbsdə saxlanacaq.

Prokurorluğun ittihamında iddia edilir ki, Filat ümumilikdə 250 milyon dollar rüşvət alıb. İddiaya görə o, bu pulun müqabilində bir biznesmenə Moldovanın üç böyük bankından birinin nəzarətini həvalə edib. Sonradan bu bankdan 1,5 milyard dolların yoxa çıxdığı aşkar edilib.

Beləliklə, keçmiş baş nazir Vladimir Filatın deputat toxunulmazlığı ləğv edilib və maliyyə-bank sistemindəki vəsaitlərin mənimsənilməsində şübhəli bilindiyindən barəsində 72 saat həbs qərarı çıxarılıb. Ölkənin Korrupsiya ilə Mübarizə üzrə Milli Mərkəzdən məlumat verilib ki, keçmiş baç nazir həmin mərkəzin saxlanılma təcridxanasına yerləşdirilib.

Filatın deputat toxunulmazlığının götürləmsinin lehinə iclada iştirak edən 79 deputatın hamısı səs verib. Onun rəhbərlik etdiyi Lideral-Demokratik Partiasının fraksiyasından olan 19 deputat səsvermədən əvvəl zalı tərk edib.

V.Filat 2009-2013-cü illərdə baş nazir olub. Bank sistemimdəki situasiyaya görə cavabdehlərin məsuliyyətə cəlb edilməsi Kişinyovda fasiləsiz etiraz aksiyası keçirənlərin əsas tələblərindən biridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.