Yaponiyada baş verən partlayışda onlarla insan xəsarət alıb

17-12-2018, 07:19           
Yaponiyada baş verən partlayışda onlarla insan xəsarət alıb
Yaponiyanın Saporo şəhərində fəaliyyət göstərən kafelərdən birində güclü partlayış olub.

Bu barədə "Report" NHK telekanalına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hadisə zamanı 42 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd olunur ki, partlayış zamanı xəsarət alanlar arasında kafenin müştəriləri də var.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib, təhqiqat aparılır. Partlayışın başvermə səbəbi barədə məlumat yoxdur.

Bir müddət əvvəl Yaponiyanın şimal-şərqindəki yaşayış evlərindən birində baş vermiş yanğın nəticəsində 6 nəfər həyatını itirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.