Rusiya böyük desant əməliyyatı keçirdi - Suriyaya quru müdaxiləsi hazırlanırmı?

19-10-2015, 12:52           
Rusiya böyük desant əməliyyatı keçirdi - Suriyaya quru müdaxiləsi hazırlanırmı?
Rusiyanın Sakit okean donanması Primorsk əyalətində desant çıxarmaq üzrə geniş təlimlər keçirib.

Avropa.info xəbər verir ki, əməliyyatda onlarla hərbi gəmi, təyyarə, vertolyot iştirak edib. Təlimin əsas məqsədi şərti terrorçuların zərərsizləşdirilməsi olub. Təlim dəniz piyadalarının böyük desant gəmilərindən quruya çıxarılması ilə başlayıb. Tank batareyası və “Uraqan” raket atəş sistemi desant qüvvələrinə dəstək verib.

Piyadalar yeni kəşfiyyat-atəş komplekslərini, yaxın məsafədən atəş açan yüksək dəqiqlikli silahları sınaqdan keçiriblər. Bütün bu vasitələr real döyüşdə istənilən hədəfi məhv etməyə imkan verir. Rusiyanın istehsal etdiyi ən yeni növ silahlar, pilotsuz aparatları sınaqdan çıxarılıb.

Desant və gəmiləri Su-25 qırıcılarının hava zərbələri müşayiət edib. Təlimdə Rusiyanın piyada döyüş maşını sayılan “qara bretli”lər tank rotalarının dəstəyi ilə şərti düşmənə qarşı hücuma keçiblər.

Manevrlərdə 1000-dən çox hərbçi, 80 döyüş maşını, 10 döyüş gəmisi, təminat gəmiləri, təyyarələr, hərbi-daşıma vertolyotları, hücum aviasiyası iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.