ABŞ-da Rusiyanın "yeni müharibə üsulu" öyrənilir

13-01-2019, 10:50           
ABŞ-da Rusiyanın "yeni müharibə üsulu" öyrənilir
ABŞ-ın ən qədim təhsil müəssisələrindən olan Corctaun Universitetində "Rus hibrid müharibəsi" adlı yeni kurs açılacaq.

Axar.az xəbər verir ki, bu barədə universitetin rəsmi səhifəsində qeyd edilib.

"ABŞ-da 2016-ci ildə keçirilən seçkilərdən sonra Kremlin yeni müharibə üsulu, həmçinin, cəmiyyətimizin və vətəndaşlarımızın necə hədəf olması haqqında daha çox məlumat əldə edildi.

Kursda verilən təhsildə Rusiya doktrinasına və ideolgiyasına da toxunulacaq. Dərslər zamanı məsələ ilə bağlı nümunələr araşdırılacaq, taktika və informasiya əməliyyatları da müzakirə ediləcək”, - rəsmi səhifədə vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.