İsrailə aid böyük sirləri ələ keçirmişik - Həmas

13-01-2019, 10:55           
İsrailə aid böyük sirləri ələ keçirmişik - Həmas
İsrailə aid böyük sirlərin olduğu avadanlıq və texniki cihazlar ələ keçirmişik.

Axar.az xəbər verir ki, bunu Həmasın hərbi qanadı İzəddin əl-Kassam briqadasının sözçüsü Əbu Ubeydə deyib. O, təhlükəsizlik məqsədilə məlumatları harada saxladıqlarını açıqlamayacağını söyləyib:

“Düşmən (İsrail) vasitə və təchizatı istifadəyə yararsız hala gətirərək məlumatların yox olduğunu zənn edirdi. Ələ keçirdiyimiz bu məlumat xəzinəsi bizə İsrailə qarşı yeritdiyimiz ağıl savaşında strateji üstünlük qazandıracaq”.

Ubeydə sərhəd məftillərindən içəriyə sızan İsrail qüvvələrinin Xan-Yunis şəhərində əməliyyat həyata keçirmək və təhlükəsizliyi təmin etmək məqsədilə iki qrupa ayrıldıqlarını, ümumilikdə 15 nəfər olduqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl Fələstin Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyi İsrail özəl qüvvələrinin Xan-Yunis şəhərinə sızması ilə bağlı İsrailə cəsusluq edən 45 fələstinlinin saxlanıldığını açıqlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.