İsraildən şok: Bu ölkələrə də hücum etmişik

13-01-2019, 14:00           
İsraildən şok: Bu ölkələrə də hücum etmişik
Son dörd il ərzində Suriya və başqa ölkələrdə minlərlə hədəfə hücum təşkil etmişik.

Axar.az xəbər verir ki, bunu Kanal-2-yə müsahibəsində İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qadi Eyzenkot deyib. O, İsrail ordusunun böyük savaşa girmədən həyata keçirdiyi əməliyyatlarla fəxr etdiyini bildirib.

Eyzenkot ölkəsinin Suriyadan kənar hansı ölkələrdə əməliyyat həyata keçirdiyini açıqlamayıb. Baş Qərargah rəisi İsrailin hər zamankından daha təhlükəsizlik olduğunu, amma İran təhdidinin hələ də bitmədiyini deyib:

“İran Suriyada mərkəzləşib, buradan ikinci cəbhə açmaq istəyir. İranın planlarına mane olmaq üçün Suriyadakı əməliyyatlar davam etməlidir”.

O, İsrailin Qəzzada da savaşa hazır olduğunu, amma ordunun buna getmək istəmədiyini söyləyib.

Qeyd edək ki, Eyzenkot gələn həftə səlahiyyətlərini başa çatdıracaq. Onun vəzifəsini bundan sonra keçmiş müdafiə naziri Aviqdor Libermanın köməkçisi general Aviv Koçavi həyata keçirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.