Ev sahibi mənzilini satmaq üçün inanılmaz elan verdi

13-01-2019, 18:46           
Ev sahibi mənzilini satmaq üçün inanılmaz elan verdi
“Bu isə o deməkdir ki, siz bütün gün çılpaq gəzə bilərsiniz”

Estoniyanın paytaxtında mənzil 165 min avroya satışa çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, kv.ee saytında elanı yerləşdirilən mənzil üçün sahibi yaradıcı elan yazıb.

"Mənzil o qədər genişdir ki, vanna otağından yataq otağına velosipedlə getmək olar. Bundan başqa, yataq otağının müsbət tərəflərindən biri odur ki, orada naməlum arxitektor tərəfindən layihələndirilmiş divar şkafı var. Şkaf yığılan zaman arxitektor o qədər də tanınmış olmayıb" – deyə qeyd edən mənzil sahibi bildirib ki, evin əsas müsbət tərəflərindən biri də ilin bütün fəsillərində isti olmasıdır.

"Bu isə o deməkdir ki, siz bütün gün çılpaq gəzə bilərsiniz. Mənzil nudistlərin xüsusi olaraq xoşuna gələcək. Çünki mənzilin böyük pəncərələri var. Buradan onlara "özlərini göstərmək" daha rahat olacaq" – ev sahibi qeyd edib.

Qeyd edək ki, 80 kvadratmetr ərazisi olan mənzil Narva şosesində yerləşir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.