Balkan böhranı: Avropada böyük müsəlman dövləti yaranır

13-01-2019, 19:12           
Balkan böhranı: Avropada böyük müsəlman dövləti yaranır
Makedoniya daxilində ölkənin adının dəyişdirilməsiylə bağlı qarşıdurma alban diasporunun rolunun güclənməsinə, perspektivdə isə Balkanlarda qüvvələr balansının dəyişməsinə gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bunu TASS-a açıqlamasında rusiyalı politoloq Vladimir Olençenko deyib.

“Makedoniyada əhalinin əhəmiyyətli hissəsini albanlar təşkil edir. Əgər makedon əhalisi arasında parçalanma yaşansa, bu, albanların təsirinin güclənməsi demək olacaq. Makedonlara aid daxili siyasi qüvvələr birləşmiş halda hərəkət etdikləri müddət ərzində onlar üstünlük təşkil edəcəklər. Ölkənin adının dəyişdirilməsi makedon əhalini zəiflədir və ölkədəki demokratik, eləcə də siyasi balansı pozur. Makedoniyada yeni Kosova modelində alban anklavanın formalaşması ehtimalı mövcuddur. Belə olan halda Albaniya artıq Böyük Albaniya roluna iddia etməli və alban əhalisinin olduğu bölgələri özünə birləşdirməli olacaq. Bu isə Balkanlarda güclər balansını pozacaq” – deyə o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.