Yaponiya Rusiya və Çinə qarşı zərbə təyyarələri yaradır

13-01-2019, 19:15           
Yaponiya Rusiya və Çinə qarşı zərbə təyyarələri yaradır
Yaponiyanın hakimiyyət orqanları düşmənin radarlarını və rabitə sistemini sıradan çıxaracaq zərbə təyyarələri yaratmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, həmin avadanlığın hazırda Yaponiya özünümüdafiə qüvvələrinin hava və dəniz bölmələrində istismarda olan nəqliyyat və patrul təyyarələrində quraşdırılması nəzərdə tutulur.

C2 təyyarəsi əsasında yaradılacaq yeni modelin 2027-ci maliyyə ilində istifadəyə verilməsi planlaşdırılır. F1 təyyarəsi əsasında yaradılması nəzərdə tutulan digər model üzərində isə işlər davam etdirilir.

Yeni təyyarələrin məqsədi isə əsasən, Çin və Rusiya tərəfindən artmaqda olan elektron müharibə imkanlarının məhdudlaşdırılmasıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.