Pompeo Qətərdən Səudiyyə Ərəbistanına yollanıb

14-01-2019, 07:18           
Pompeo Qətərdən Səudiyyə Ərəbistanına yollanıb
ABŞ-ın dövlət katibi Maykl Pompeo bazar günü axşam Qətərlə strateji dialoqdan sonra il yarımdan çoxdur Doha ilə əlaqələri kəsən Səudiyyə Ərəbistanına yollanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin "Twitter"dəki rəsmi səhifəsi məlumat yayıb.

Ər-Riyad Pompeonun ərəb ölkələrinə həftəlik turnesinin növbəti dayanacağı olub. ABŞ rəsmisi bu səfərlər zamanı Qətərlə bağlı yaranmış böhranı müzakirə etmək üçün Fars körfəzinin bütün 6 ölkəsinə getməyi planlaşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.