İranın XİN rəhbəri İraq prezidenti ilə görüşüb

15-01-2019, 07:45           
İranın XİN rəhbəri İraq prezidenti ilə görüşüb
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bağdadda İraq prezidenti Bərham Salehlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin rəsmi saytında məlumat yayılıb.

Nazirliyin məlumatına görə, tərəflər danışıqlar zamanı "ən əhəmiyyətli ikitərəfli, regional və beynəlxalq məsələləri" müzakirə edib.

Qeyd edilir ki, İran Xarici İşlər Nazirliyinin başçısı bu görüşü İran və İraq arasında əməkdaşlığın möhkəmlənməsində və inkişafında yeni mərhələnin başlanğıcı adlandırıb.

Bununla yanaşı, Bərham Saleh iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrdə əhəmiyyətli müvəffəqiyyətlərin olduğunu qeyd edib.

Qeyd edək ki, İraq prezidenti Bərham Salehin başçılıq etdiyi nümayəndə heyəti ötən il noyabrın 17-də Tehrana səfər edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.