Rusiya sərhədlərində sanitar–karantin tədbirləri gücləndirilib

16-01-2019, 03:23           
Rusiya sərhədlərində sanitar–karantin tədbirləri gücləndirilib
Həmçinin bildirlib ki, Rusiyada qripə qarşı 49 faiz insan peyvənd edilib.
Rusiyanın bütün sərhəd keçid məntəqələrində sanitar–karantin tədbirləri gücləndirilib.

Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Rusiya İstehlakçların Hüquqularının və İnsan Rifahının Mühafizəsinə Nəzarət Federal Xidməti açıqlama verib.

"Qrip virusu Avropa ölkələrində İslandiya, Norveç, Portuqaliya, İsveç və Türkiyədə geniş yayılmağa başlayıb. 8 ölkədə xəstəliyin regional oyanması və 4 ölkədə - Misir, Latviya, Slovakiya və Özbəkistanda isə lokal oyanma müşahidə edilir", – deyə açıqlamada bildirilib.

Açıqlamada Gürcüstandakı vəziyyət xüsusi olaraq qeyd eidlib.

"Gürcüstanda A (H1N1)09 virusu ötən ilin 45 ci həftəsində qeydə alınıb. Gürcüstan qrip əleyihinə 56 min insan peyvənd edilib. Bu da əhalinin 1,5 faizini təşkil edir" – deyə bildirilib.

Qurumun açıqlamasında qeyd edilib ki, 2019-cu ildə Gürcüstanla sərhəddə keçid məntəqələrində yoluxucu xəstəlik əlamətləri olan xəstələr müəyyən edilməyib.

Açıqlamada Rusiya vətəndaşlarına səyahətlərin planlaşdırılması zamanı qrip ilə əlaqədar vəziyyəti nəzərə almalarının vacibliyini qeyd edilib.

Həmçinin bildirlib ki, Rusiyada qripə qarşı 49 faiz insan peyvənd edilib.

Xatırladaq ki, hazırd Gürcüstanda hər 100 min nəfərdən 253 nəfəri qrip virusuna yoluxub. Xəstəlik epidemiya halını almayıb.

Bu günə qədər "donuz qripindən" 17 nəfər ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.