Uzaq ölkədə əmək haqqı 300 faiz artırıldı

16-01-2019, 07:03           
Uzaq ölkədə əmək haqqı 300 faiz artırıldı
Ölkə əhalisi qida və dərman çatışmazlığı yaşayır bu da son 3 ildə 3 milyon insanın ölkədən getməsinə səbəb olub.
Venesuela prezidenti Nikolas Maduro ölkədə minimal əmək haqqının 300 faiz artırıldığını bildirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə minimal əmək haqqı 4,5 min bolivardan 18 min bolivara (6,52 dollar) qədər yüksələcək. 2018-ci il ərzində minimal əmək haqqı 5 dəfə artırılıb.

Maduro eyni zamanda ölkədə son 5 ildə ik dəfə tənəzzülə uğramış iqtisadiyyatı stabilləşdirirəcəyinə də söz verib. Son zamanlar Venesuelada inflasiya 2 milyon faiz təşkil edib.

Ölkə əhalisi qida və dərman çatışmazlığı yaşayır bu da son 3 ildə 3 milyon insanın ölkədən getməsinə səbəb olub.

"Bu ilk dəfə deyil ki, Maduro dəyişikliklər haqqında elan edir" deyə venesuelalı şərhçi Ramon Pinanqo bildirib.

Şərhçinin fikrincə, təəssüflər olsun ki, bu dəyişikliklər inflasiyanı sürətləndirir: " Biz artıq bilrik ki, belə elanlardan sonra qiymətlər bahalaşır və biz hiperinflasiya və qıtlıqla qarşılaşırıq".

Müxalifətin fikirncə, Venesuelada demokratiyanı məhv edən Maduro 10 yanvardan etibarən rəsmi şəkildə ikinci 2025-ci ilə qədər davam edəcək prezidentlik müddətinə başlayıb.

Rəsmi məlumatlara görə, 2018-ci ilin may ayında keçirilən prezident seçkilərində o 68 faiz səs yığıb.

Müxalifətin böyük bir hissəsi seçkilri boykot etmiş və nəticələrini qəbul etməmişdi.

Maduronun seçilməsini Avropa Şurası, ABŞ və Latın Amerika ölkələri də qəbul etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.