Norveçdə yeni qaz yataqları aşkar edildi

17-01-2019, 08:04           
Norveçdə yeni qaz yataqları aşkar edildi
“Equinor” (əvvəlki “StatoilASA”), “Petoro”, “ExxonMobil” və “Total” neft şirkətlərindən ibarət konsorsium Norveç dənizinin şelfində yeni qaz və kondensat yataqları kəşf etdiklərini açıqlayıb.

Report xəbər verir ki, Norveçin “Equinor” şirkətinin bu barədə məlumatında yeni yataqdakı ehtiyatlar neft ekvivalentilə 6-25 milyon barel həcmində qiymətləndirilir.

“Equinor” şirkətinə məxsus sahənin yaxınlığında, “Kristin” platformasının 20 kilometrliyində yerləşən yataqda kəşfiyyat qazma işləri ötən ilin oktyabr ayında başlanmışdı.

Bundan əvvəl “Equinor” şirkəti Norveçin qitə şelfində yerləşən 29 sahəyə dair lisenziya aldıqlarını bildirmişdi. Bunlardan 7 sahə Şimal dənizi, 16 sahə Norveç dənizi, 7 sahə də Barens dənizinə aid ərazilərdədir. “Equinor” 13 lisenziya üzrə layihə operatoru, 16 lisenziya üzrə isə tərəfdaş qismində iştirak edir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.