Qəzzafinin oğlu Liviya münaqişəsindən sonra ilk siyasi çağırışını edib

17-01-2019, 12:16           
Qəzzafinin oğlu Liviya münaqişəsindən sonra ilk siyasi çağırışını edib
Liviyanın sabiq diktatoru Müəmmər Qəzzafinin oğlu Seyful-islam Qəzzafi azad edildikdən və ölkədə siyasi səhnəyə qayıtdıqdan sonra ilk siyasi çağırışını edib.

SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Seyful-islam Qəzzafi Tripolidə baş verən silahlı qarşıdurmaların dərhal dayandırılmasını və seçkilərin zamanında keçirilməsini tələb edib.

Seyful-islamın köməkçisi Məhəmməd əl-Qiluşinin telekanala verdiyi açıqlamasında bildirilib ki, Seyful-islam ölkədə nəzərdə tutulan prezident və parlament seçkilərinin zamanında keçirilməsini, ölkədə xaosu, qarşıdurmanı bitirəcək və dövlət müəssisələrini bir edəcək rəhbərliyin seçilməsini tələb edib.

Bu 2011-ci ildən indiyədək ilk dəfədir ki, Seyful-islam Qəzzafi ölkənin siyasi və təhlükəsizlik vəziyyəti ilə bağlı çağırış edir.

Qeyd edək ki, 2017-ci ilin iyununda azadlığa çıxan və hazırda sərbəst həyat sürən Seyful-İslam Qəzzafinin yaxınları onun Liviya prezidenti seçkilərinə namizədliyini irəli sürəcəyini bildirirlər. O 2011-ci ildə atası devriləndən və öldürüldükdən sonra həbs edilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.