Putin evlənir- PREZİDENT ALİNA KABAYEVA İLƏ GİZLİ SEVGİSİNİ BİRGƏ NİGAHA ÇEVİRİR

17-01-2019, 16:27           
Putin evlənir- PREZİDENT ALİNA KABAYEVA İLƏ GİZLİ SEVGİSİNİ BİRGƏ NİGAHA ÇEVİRİR
Rusiya mətbuatında prezidenti Vladimir Putinlə gimnast Alina Kabayeva arasındakı gizli sevgi ilə bağlı məlumatlar gündəmdən düşmür. Müsahibələrinin birində Putinin artıq evlənmək istədiyini deməsi məsələni yenidən gündəmə gətirib.

Gununsesi.org xəbər verir ki, bəzi iddialara görə, Putin tezliklə sevgilisi Kabayeva ilə evlənəcək. Digərləri isə prezidentin özündən 35 yaş kiçik sevgilisi ilə bir müddət bundan əvvəl gizli şəkildə artıq evləndiyini iddia edir.

Yayılan söz-söhbətə görə, 2013-cü ildə Putin 31 illik arvadından məhz Kabayevaya görə boşanıb. Hətta onların sevgi macərasından iki uşaqları da olduğu bildirilir.

Alina Kabayeva kimdir?

Qeyd edilir ki, Alina Kabayeva 1983-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. Onun anası müsəlman tatar, anası isə rus olub. 2000-ci ildə Sidneydə keçirilən olimpiyada oyunlarında Alina gümüş medal sahibi olmuşdu. İddialara görə məhz bundan sonra Putinlə onların arasında sevgi macərası başlayıb. Alina qələbəsindən sonra Rusiyann ən gözəl qadınları sırasında daxil olmağı bacarır. Daha sonra isə Putinin liderlik etdiyi partiyadan parlamentə öz namizədliyini verir və millət vəkili olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.