Daşnaklar Azərbaycandan bəyanat verdi: - Nikol bizi aldatdı

17-01-2019, 18:56           
Daşnaklar Azərbaycandan bəyanat verdi: - Nikol bizi aldatdı
Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra ilk dəfə yeni hökumətin ünvanına radikal tənqidi fikirlər səsləndirilib.

Axar.az xəbər verir ki, 20 ildən sonra ilk dəfə parlamentdə təmsil olunmayan Daşnaksütyun Partiyası Paşinyan hökumətinə qarşı tələblərlə çıxış edib. Belə ki, ötən gün Daşnaksütyun Partiyası Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirdiyi iclasında kifayət qədər müxalif fikirli bəyanatlar və Nikol Paşinyanın ünvanına avtokratik hökumət yaratması ilə bağlı ittihamlar səsləndirilib.

“Nikol Paşinyan səviyyəsində bizi partiyamıza hörmətlə yanaşacaqlarına, nəyə görə koalisiyanın bir parçası olduğumuzu çox gözəl anladıqlarına əmin etdilər. Biz 5 əsas məqamla bağlı razılığa gəldik. Ancaq qısa zaman sonra anladıq ki, nə hörmət, nə razılıqlara bağlılıq, nə də başqa bir nöqteyi-nəzərdən səsləndirilən fikirlərə dözümlülük var. Aydın oldu ki, əgər ümumi plan varsa – ölkəni öz milli kursundan çıxarmaq, o zaman Daşnaksütyuna bu planda yer yoxdur”, - partiya bürosunun təmsilçisi Qrant Marqaryan bildirib.

Bu cür radikal tənqidi fikirlər səsləndirdikdən sonra Marqaryan hakimiyyətin dəyişdirilməsi ilə bağlı tələblər irəli sürüb:

“Gələcək seçkilərdə biz bu hakimiyyəti evlərinə göndərəcəyik və ölkədə mütləq idarəetmə məsələsini üzərimizə götürəcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.