Fransa prezidenti desantçılara paraşütlə tullanacağına söz verib

18-01-2019, 07:23           
Fransa prezidenti desantçılara paraşütlə tullanacağına söz verib
Fransa prezidenti Emmanuel Makron Tuluzada hərbi bazaya baş çəkən zaman paraşütlə tullanmağa söz verib.

Bu barədə "Report" yerli "Depeche du Midi" qəzetinə isatinadən xəbər verir.

Bildirilir ki, prezident onun şərəfinə nümunə paraşüt tullanmalarını yerinə yetirmiş 11-ci briqadanın döyüşçüləri ilə ünsiyyət zamanı ruhlanıb.

Briqadanın komandiri zarafatla bildirib ki, onun tabeliyində olanlar prezident və baş nazirin paraşütlə necə tullanmasını görmək istəyirlər. "Mən bunu edəcəyəm, söz verirəm", - deyə Makron ona cavab cavab verib.

Beşinci respublikanın başçısı həmçinin hərbçilərdən onların əhval-ruhiyyəsi, xidmətin maddi şəraiti, həmçinin mümkün problemlər barədə soruşub.

Bundan əvvəl məlum olub ki, Fransa Prezidenti Emmanuel Makron sıx qrafik səbəbindən Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.