"Sarı jiletlilər"in aksiyalarına baxmayaraq, Fransaya gələn turistlərin sayı rekord həddə çatıb

18-01-2019, 07:45           
"Sarı jiletlilər"in aksiyalarına baxmayaraq, Fransaya gələn turistlərin sayı rekord həddə çatıb
Keçən ilin sonlarında "sarı jiletlilər"in keçirdikləri etiraz aksiyaları zaman baş verən zorakılıq hallarına baxmayaraq, Fransaya üz tutan turistlərin sayı 2018-ci ildə rekord həddə çatıb.

"Report"un Qərbi Avropa bürosu bildirir ki, 2017-ci il bu ölkəyə səfər edən turistlərin sayı 87 milyon nəfər olmuşdusa, 2018-ci il bu rəqəm artaraq, 90 milyona çatıb. Turistlərin ən çox sevdikləri istiqamətlərdən biri Fransa dağları hesab edilir. Əvvəlki ilə nisbətən 2018-ci ildə bura səfər edənlərin sayı hətta 14 faiz artıb.

Bununla belə, ötən ilin dekabrında təyyarələrlə Paris aeroportlarına enən turistlərin sayında 5-10 faiz azalma qeydə alınıb. Bu da “sarı jiletlilər“in aksiyaları zamanı zorakılıq hallarının baş verməsinin turistlər arasında yaratdığı təşvişlə izah oluna bilər.

Fransa hökuməti 2020-ci ildə turistlərin sayının artaraq 100 milyona çatmasını hədəf kimi müəyyən edib.

Xatırladaq ki, Fransada "sarı jiletlilər"in son aksiyası zamanı 24 nəfər xəsarət alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.