Şimali Koreya hələ də ABŞ üçün təhlükəlidir - Pentaqon

18-01-2019, 17:04           
Şimali Koreya hələ də ABŞ üçün təhlükəlidir - Pentaqon
KXDR sülhə doğru irəliləyişə nail olmasına baxmayaraq ABŞ üçün hələ də təhlükə olaraq qalır. SalamNews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun ABŞ-ın raket əleyhinə müdafiə siyasəti ilə bağlı hesabatında deyilir.

"Şimali Koreya ilə sülh üçün yeni bir yol olsa da, bu ölkə hələ də Birləşmiş Ştatlar üçün təhlükə olaraq qalmağa davam edir", hesabatda deyilir.

Hesabatda düşmən raketlərinə qarşı müdafiə üçün ABŞ-ın yeni strategiyası yer alır.

Ötən gün Pentaqonda çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib ki, yeni strategiyanın məqsədi ABŞ istiqamətində buraxılan hər hansı bir raketin "istənilən yerdə və istənilən vaxt" aşkarlanması və məhv edilməsidır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.