Ağ Ev Tramp və KXDR emissarının görüşünü məhsuldar adlandırıb

19-01-2019, 07:33           
Ağ Ev Tramp və KXDR emissarının görüşünü məhsuldar adlandırıb
ABŞ prezidenti Donald Trampın KXDR-nın Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxolla görüşü məhsuldar keçib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin Kim Yon Çxolla görüşünün yekunları üzrə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders görüşün məhsuldar olduğunu bildirsədə, təfərrüatlar barədə məlumat verməyib. O, vurğulayıb ki, görüşdə ABŞ dövlət katibi Mayk Pompeo və "prezidentin komandasının bir neçə digər üzvü" də iştirak ediblər: "Biz irəliləyişə nail olmaq üçün davam edirik. Biz danışıqları davam etdiririk. ABŞ Şimali Koreyaya qarşı təzyiqi davam etdirməyə və sanksiyaları saxlamaq niyyətindədir".

Qeyd edək ki, daha əvvəl Sara Sanders ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüşün fevral ayının sonlarında keçiriləcəyini bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.