Kraliça və əri Britaniya qanunlarını pozur - şahzadə Filipə polis xəbərdarlıq edib

20-01-2019, 16:37           
Kraliça və əri Britaniya qanunlarını pozur - şahzadə Filipə polis xəbərdarlıq edib
92 yaşlı kraliça II Elizabetin 97 yaşlı həyat yoldaşı Filip Mauntbettenə polis rəsmi xəbərdarlıq edib. O, yenə də avtomobil sürərkən təhlükəsizlik kəmərini taxmayıb. Bu məlumatı “Reuters” agentliyi yayıb.

Polis bildirib ki, “sürücüyə gərəkən məsləhətlər verilib”. Bu, “sürücülərlə münasibətdə gündəlik praktikada olan işlərimizdən biridir”.

Yanvarın 17-də şahzadə Filip maşın sürərkən ehtiyatsızlıq edib, nəticədə avtomobil üzü üstə çevrilib.

Britaniya mətbuatı yazır ki, qəza zamanı Filipın təhlükəsizlik kəmərini taxmadığı müəyyən edilib. Yerli mətbuat onu da yazır ki, həmin qəzadan cəmi 2 gün sonra kraliça II Elizabet də maşın sürərkən təhlükəsizlik kəmərindən istifadə etməyi unudub.

Elbəyi Həsənli, musavat.com

https://www.dailymail.co.uk/news/article-6608669/amp/The-Queen-92-drives-Range-Rover-without-seatbelt.html












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.