Pompeo İran liderlərini Amerika vətəndaşlarını azad etməyə çağırıb

21-01-2019, 05:52           
Pompeo İran liderlərini Amerika vətəndaşlarını azad etməyə çağırıb
ABŞ-ın dövlət katibi Maykl Pompeo İran hakimiyyətini bu ölkədə saxlanılan Amerika vətəndaşlarını azad etməyə və "girov saxlamaq üzrə terror kampaniyası"nı dayandırmağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Pompeo bu barədə bazar günü "Twitter" mikrobloqunda yazıb.

"Xamenei, Ruhani və Zərif girov götürməklə bağlı terror kampaniyasını dayandırmalı və bunun ildönümünü Bob Levinson və digər girovların azad edilməsi ilə qeyd etməlidir", - deyə o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.