Məşhur investordan dəhşətli proqnoz: Elə bir böhran olacaq ki... - ABŞ, Çin...

21-01-2019, 22:51           
Məşhur investordan dəhşətli proqnoz: Elə bir böhran olacaq ki... - ABŞ, Çin...
2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan daha betəri gəlir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-da yaşayan məşhur investor Cim Rocers çıxış edib.

"Yalnız ABŞ Mərkəzi Bankı son 10 ildə yatırdığı sərmayəni 500 faiz artırıb. On illərdir ki, borcu olmayan Çinin də artıq borcu var. Növbəti böhran uzun zamandır bazarda olan bəzi təşkilatları yox edəcək. Dünyanın ən sağlam iqtisadiyyatları belə çətinlik çəkəcək. Bu üzdən növbəti süqut mənim həyatımdakı ən pis böhran olacaq.

ABŞ problem yaşayacaq. Qərb ilə münasibətləri olan və böyük borcu olan çinlilər əziyyət çəkəcək. Çin şirkətləri belə iflas edəcək. Əvvəllər böyük bəlada olan, xərcləri büdcələrini aşan Almaniya şəhərləri də bu siyahıda var. Yaponiyanın çox böyük daxili borcları var: nəhəng daxili borclar və azalan bir əhali... Yəni böyük sürprizlər görəcəyik", - Rocers qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.