Dünyada milyarderlərin sayı artır - Yoxsulların hesabına...

21-01-2019, 22:59           
Dünyada milyarderlərin sayı artır - Yoxsulların hesabına...
Dünyadakı milyarderlər ötən il ərzində əhalinin daha yoxsul təbəqəsinin hesabına sərvətlərini əhəmiyyətli dərəcədə artırıblar.
Bu, "Oxfam" yoxsulluqla mübarizə üzrə təşkilatların beynəlxalq birliyinin hesabatında yer alıb.

Hesabata əsasən, 2018-ci ildə milyarderlərin aktivləri toplamda 12 faiz - gündə orta hesabla 2,2 milyard avro artıb. Dünya əhalisinin yoxsul təbəqəsi isə 11 faiz itkiyə məruz qalıb.

Hesabatda deyilir ki, son 10 ildə dünyada milyarderlərin sayı iki dəfə artıb. Eyni zamanda daha az insan yoxsulluqdan xilas olur.

Qeyd edək ki, gündəlik 1,7 avrodan az gəlir əldə edənlər yoxsulluqda yaşayan şəxslər sayılır. Sənəddə həssas təbəqəyə qadınlar və qızlar daha çox aid edilir. Dünyada orta hesabla kişilərin aktivlərinin ümumi həcmi qadınlarla müqayisədə 50 faiz çoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.