ABŞ kəşfiyyatı yeni və köhnə düşmənləri müəyyən etdi

23-01-2019, 18:59           
ABŞ kəşfiyyatı yeni və köhnə düşmənləri müəyyən etdi
ABŞ-ın xüsusi xidmət orqanları ən mürəkkəb və müxtəlif təhdidlərə qarşı durur.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatının yeni strategiyasının təqdimatında Milli Kəşfiyyatın direktoru Daniel Kouts bildirib.

Sözügedən təhdidlərin bir hissəsi keçmiş rəqiblərdir: Rusiya, Çin, Koreya Xalq Demokratik Respublikası və İran. Bundan başqa, bir çox qeyri-dövlət subyekti və terror təhlükəsi qeyd edilib. Bunlara hibrid, asimmetrik hərbi, iqtisadi və siyasi sferada olan təhdidlərdir.

Yeni strategiya hər dörd ildən bir dərc edilir. Strateji hədəflərin yer aldığı 36 səhifəlik sənəd praktik olaraq dəyişməyib. Ancaq yeni strategiyada XXI əsr üçün münasib hərəkətlərin yeni yanaşmasından danışılır. Bildirilir ki, ABŞ kəşfiyyatı cəmiyyəti daha “elastik” olmalı və ən qabaqcıl texnologiyalardan istifadə etməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.