Maduroya qarşı siyasi inqilaba Rusiyadan – İlk reaksiyalar

24-01-2019, 08:30           
Maduroya qarşı siyasi inqilaba Rusiyadan – İlk reaksiyalar
Xuan Quaidonu Venesuela prezidenti kimi qəbul etməsi ABŞ-ın xarici ölkələrin daxili işlərinə qarışmasının və suveren ölkələrə təzyiqini davam etdirməsinin sübutudur.

Axar.az xəbər verir ki, bu sözləri Venesuelada baş verənlərlə bağlı mediaya açıqlamasında Rusiya Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski deyib. Onun sözlərinə görə, burada heç bir demokratiyanın müdafiəsindən söhbət gedə bilməz.

“Bu, ABŞ hegemoniyasının növbəti güc tətbiqidir. Yalnız Venesuela xalqı kimin prezident olmasına qərar verə bilər. Və yalnız seçki yolu ilə”, - Slutski bildirib.

Senator Aleksey Puşkov isə Venesuelanı ABŞ-ın növbəti qurbanı adlandırıb:

“ABŞ İraqdan Liviyaya qədər – harada rejimləri dəyişməyə çalışıbsa, orada böyük xaos yaranıb. Venesuela yeni qurbandır”.

Xatırladaq ki, ötən gün Quaido prezident səlahiyyətlərinin icrasını öz üzərinə götürdüyünü elan edib. ABŞ Prezidenti Donald Tramp və Amerika Dövlətləri Birliyi onu ölkənin müvəqqəti prezidenti olaraq tanıdığını bəyan edib.

Venesuela Prezidenti Maduro isə ABŞ-ın ölkədə çevriliş etmək istədiyini bildirərək, Vaşinqtonla bütün diplomatik münasibətlərin dayandırıldığını açıqlayıb. O, ABŞ diplomatlarına Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.