Netanyahudan Hitlerlə bağlı sensasion iddia - "Onu Fələstin müftisi razı salıb"

21-10-2015, 16:29           
Netanyahudan Hitlerlə bağlı sensasion iddia - "Onu Fələstin müftisi razı salıb"
İsrailin baş naziri Benyamin Netanyahu Hitlerin yəhudiləri qətlə yetirmək istəmədiyini söyləyərək məsələylə bağlı sensasion açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Netanyahu nasistlərin lideri olan Adolf Hitlerin yəhudiləri öldürmək istəmədiyini söyləyib.

Onun sözlərinə görə Hitleri yəhudiləri öldürməyə Fələstin müftisi Hacı Emin Hüseyninin razı saldığını açıqlayıb.

İsrail mətbuatında yayılan xəbərlərdə bildirilir ki, Netanyahu bu sözləri dünən Qüdsdə təşkil olunan "37-ci Dünya Sionist Konqresində" çıxışı zamanı deyib.

"Hitler yəhudiləri yox etmək deyil sürgün etmək istəmişdi. Fələstinin o vaxtkı müftisi Hacı Emin Hüseyni Berlinə gedərək ona, yəhudiləri sürgün edəcəyi təqdirdə hamısının Fələstinə gedəcəyini dedi. Hitler, yəhudilərə qarşı necə rəftar edəcəyini soruşduqda Hüseyni onları yandırmaq fikrini ortaya atdı."

Qeyd edək ki, yəhudi soyqırımı üçün Hitlerin yerinə fələstinliləri ittiham edən açıqlamaları ilə sosial mediada reaksiya ilə qarşılanan Netanyahunun bu iddiasının yəhudi soyqırımını araşdıran ən mühüm tarixçilər tərəfindən də rədd edildiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.