Polşa Ukraynanı müharibə ilə hədələdi

21-10-2015, 23:54           
Polşa Ukraynanı müharibə ilə hədələdi
Polşa prezidenti Andrey Duda iştirak etdiyi televiziya proqramında xalqı müharibəyə hazır olmağa çağırıb.


Avropa.info xəbər verir ki, dövlət kanalı TVP1-də yayımlanan bir proqrama qatılan Duda Polşa vətəndaşlarını Ukraynanın zülm və alçaltmalara məruz qalan həmvətənlərinin yaşadığı keçmiş Polşa torpaqlarını geri almaq üçün savaşmağa hazır olmağa səsləyib.


"Əgər müasir Ukrayna SSRİ-ni pisləyirsə, o zaman 1939-cu ilə qədər Polşaya məxsus olan torpaqları da könüllü olaraq geri qaytarmalıdır. Xalqımdan Livov , Ternopil, Ivano-Frankivsk, Volın və Rivneyi adlarını daşıyan rayonlar geri almaq üçün dəstək istəyirəm.

Hər bir vətəndaşımız çoxsaylı polşalının yaşadığı torpaqlarımızı geri almaq üçün müharibəyə hazırlıqlı olmalıdır."


Dudanın açıqlamasına dəstək verən proqramın aparıcısı Elizabet Yaroviç də "Hazırkı Ukrayna rəhbərliyi, Sovetlər Birliyi üzündən acılar çəkdiyini deyir, amma eyni zamanda Sovet işğalı sayəsində qazandığı torpaqları geri vermir" deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.