Üç xarici kəşfiyyat orqanı İrandan nüvə alimini oğurlayıb apardı - Qayıqla La-Manşdan keçiriblər...

11-02-2019, 11:23           
Üç xarici kəşfiyyat orqanı İrandan nüvə alimini oğurlayıb apardı - Qayıqla La-Manşdan keçiriblər...
Böyük Britaniya, ABŞ və İsrailin kəşfiyyat orqanları Yeni il ərəfəsində İrandan 47 yaşlı nüvə alimini oğurlayıb çıxarmaq üçün birgə əməliyyat keçiriblər. Virtualaz.org xəbər verir ki, bu əməliyyat haqda Britaniyanın "Sunday Express” qəzeti yazır.

Məlumata görə İrandan oğurlanaraq Qərbə aparılan nüvə alimi nəinki Tehranın nüvə proqramları haqda sirləri bilir, eyni zamanda bir neçə il əvvəl İranın məşhur nüvə alimi Mustafa Əhmədi Roşanın öldürülməsində də əli var. Roşani "Mossad”ın xüsusi əməliyyatı nəticəsində öldürülmüşdü.
Məlumata görə oğurlanan İran alimi Qərb kəşfiyyatına işləyirmiş və onun qaçırılması əmliyyatı barədə qərar ötən ilin oktyabrında, alimin ifşa edilməsi təhlükəsi yarananda qəbul edilib.

Bu əməliyyat əsasında dekabr ayında "Mossad” agentləri alimi İrandan çıxara bilib. Bundan sonra onu Mİ-6 agentləri onu qaçqınlar qrupu arasında gizlədiblər və La-Manş boğazından qeyri-leqal qaçqınların olduğu qayıqla Böyük Britaniya ərazisinə keçiriblər. Onun daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ABŞ-a aparıldığı bildirilir.

Aparılmış "söhbət” zamanı iranlı alim britaniyalı və amerikalı kəşfiyyat agentlərinə İranın nüvə proqramlarına dair qərblə razılaşdırılmış fəaliyyət planına əməl etdiyini deyib. Alimin dediyinə görə İranın Qum şəhərindən 240 kilometr məsafədə iki nüvə müəssisəsi var və orada nüvə başlıqlarının istehsalı mümkündür. Ancaq həmin mərkəzlər İranla nüvə sövdələşməsinin pozulacağı halda işə düşəcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.