Bu ölkə qırıcıları hərraca çıxardı

12-02-2019, 08:10           
Bu ölkə qırıcıları hərraca çıxardı
Macarıstan Miq-29 hərbi təyyarələrini hərraca çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata əsasən, sözügedən təyyarələrin son partiyası hərraca çıxarılıb. Təyyarələrin 18 milyon dollara hərraca çıxarıldığı bildirilib. Ümumilikdə 19 qırıcı və 300-ə yaxın digər hərbi əşyalar hərraca çıxarılıb.

Qeyd edək ki, sözügedən qırıcı təyyarələr sonuncu dəfə 2010-cu ildə havaya qaldırılıb. Miq-29 təyyarələri 1993-cü ildə Rusiya tərəfindən borcun bir hissəsinin ödənilməsi məqsədi ilə Macarıstana verilib. 10 il sonra Budapeşt Sovet təyyarələrindən imtina edib və onları İsveç istehsalı JAS-39 Qripen təyyarələri ilə əvəz edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.