Növbə general Movsesə çatdı? - Qarabağdan İrəvana qoşun göndərmişdi

15-02-2019, 13:03           
Növbə general Movsesə çatdı? - Qarabağdan İrəvana qoşun göndərmişdi
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi, qondarma “dqr”in keçmiş “müdafiə naziri” general Movses Akopyan 2008-ci il 1 mart hadisələrinin istintaqına cəlb edilib və Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

Bu haqda Ermənistanda nəşr edilən “Jamanax” qəzeti yazır.

Hazırda Ermənistanın baş hərbi müfəttişi olan Akopyan Dağlıq Qarabağdan mülki şəxslərin və hərbçilərin həmin hadisələr zamanı Yerevana göndərilməsi epizodu üzrə dindirilib.

Bundan əvvəl Akopyan özü jurnalistlərə Dağlıq Qarabağ “ordusunun” 2008-ci ilin martında Yerevanda nümayişçilərə qarşı istifadə edilməsi haqda deyilənləri qəti təkzib etmişdi.

1 mart hadisələrinin istintaqı çərçivəsində keçmiş prezident Robert Köçəryan hazırda həbsdədir, digər keçmiş prezident Serj Sərkisyan da dindirilir və məlumatlara görə onun həbsinə hazırlıq gedir.
Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.