Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

23-02-2019, 08:06           
Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Kanadadakı səfiri Kelli Kraftın namizədliyini ölkənin BMT-də nümayəndəsi vəzifəsinə irəli sürüb.

Trend-in məlumatına görə, bunu Tramp özünün "Tvitter" səhifəsində yazıb.

Tramp bildirib: "Mən Kelli Kraftın - ABŞ-ın Kanadadakı səfirinin, namizədliyinin ölkəmizin BMT-də nümayəndəsi vəzifəsinə irəli sürülməsindən məmnun olduğumu bildirmək istəyirəm. Kelli böyük iş görüb, ölkəmizi təmsil edib və mən şübhə etmirəm ki, onun rəhbərliyi altında bizim ölkə yüksək səviyyədə təmsil olunacaq. Kellini və onun ailəsini təbrik edirəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.