QANLI HESABLAŞMA: Mafiya bossu güllələndi

14-03-2019, 13:00           
QANLI HESABLAŞMA: Mafiya bossu güllələndi
ABŞ-da məşhur mafiya bossu hesab olunan Françesko Kali güllələnib. O, “Qambino ailəsi”nin bossu hesab olunub. Bu “ailə” Nyu-Yorkda kriminal duruma nəzarət edən 5 ən böyük cinayətkar qruplaşmalardan biridir.

“Reuters” yazır ki, Françesko Kali 13 martda güllələnib. Hadisə onun evinin qarşısında baş verib. 53 yaşlı mafiya bossu xəsətxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmaıyb.

Sui-qəsd baş verən zaman onun xanımı və uşaqları da evdə olub.

Kali əslən Siciliyadandır. 2015-ci ildə de-fakto “Qambino ailəsi”nə rəhbərlik edib. O, bu "vəzifədə" yaşlanmış Domeniko Çefalunu əvəz edib.

Marqlıdır ki, Nyu-Yorkda hansısa mafiya başçısına sui-qəsd sonuncu dəfə 1985-ci ildə olub. O zaman “Qambino ailəsi”nin rəhbəri olan Pol Kastellano güllələnib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.