Britaniyada “Brexit” düyünü –Deputatlar təkrar referenduma da "yox" dedi

15-03-2019, 00:00           
Britaniyada “Brexit” düyünü –Deputatlar təkrar referenduma da "yox" dedi
Britaniya parlamentariləri Krallığın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması haqqında təkrar referendumun keçirilməsi üçün “Brexit” möhləti barədə düzəlişlərin əleyhinə səs veriblər.

“Sky News” xəbər verir ki, deputatlardan 334-ü düzəlişlərin əleyhinə, 85-i isə lehinə səs verib.

Daha əvvəl Britaniya parlamentariləri Avropa İttifaqı (Aİ) ilə “Brexit” barədə saziş layihəsini qəbul etməyiblər.

Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.