Qərbdən Rusiyaya növbəti zərbə

16-03-2019, 00:28           
Qərbdən Rusiyaya növbəti zərbə
ABŞ və Kanada Ukraynaya görə Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edib.

Teleqraf.com xəbər verir ki, Kanadanın Xarici İşlər Nazirliyi Kerç boğazında hadisəyə görə 114 rusiyalıya və 15 şirkətə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyi Ukraynada vəziyyətə görə tətbiq edilmiş anti-Rusiya sanksiyalarının genişləndirdiyini açıqlayıb.

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlar hələ də azad olunmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.