ABŞ Dövlət Departementi ölkə üçün ən təhlükəli 50 dövlətin adlarını açıqlayıb

16-03-2019, 00:00           
ABŞ Dövlət Departementi ölkə üçün ən təhlükəli 50 dövlətin adlarını açıqlayıb
“Dünyanın ən az 50 ölkəsi ABŞ-a zərər yetirmək potensialına malikdir və bu administrasiyanı olduqca narahat edir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin Siyasi planlaşdırma idarəsinin rəhbəri Kiron Skinner Starteji və beynəlxalq araşdırmalar mərkəzində söylədiyi nitqində çıxış edib.
Xanım Skinnerin çıxışı mərkəzin saytında dərc olunub. Dövlət departmentinin rəsmisinin sözlərinə görə, XX əsrdə ABŞ-ın əsas rəqibi nüvə silahına malik olmasına baxmayaraq, Çin yox, SSRİ sayılıb. İndi isə ÇXR həm hərbi, həm də iqtisadi sahədə rəsmi Vaşinqton üçün təhdid törədir.

“Bundan başqa, ABŞ-a kiber, iqtisadi, informasiya müharibələri ilə zərər yetirəcək 50 ölkənin adını çəkmək olar. İndi biz tamamilə ayrı dünyada yaşayırıq”,– deyə K.Skinner vurğulayıb. Qeyd olunur ki, keçən ilin oktyabrında Birləşmiş Ştatların hərbçiləri arasında keçirilən sorğuda ordu mənsublarının az qala yarısı ölkənin irimiqyaslı müharibəyə cəlb olunacağına əminliklərini ifadə etmişdilər. Onlar əsas düşmən olaraq Rusiya və Çini gördüklərini bildiriblər.

Rusiya bu məsələdə 71%-lə önə çıxıb. Bu isə hərbçilər çün Rusiya təhlükəsinin 2017-ci illə müqayisədə 18% artdığını göstərib. Ordunun 69%-i Çini də potensial təhlükə saydığını bildirib. Maraqlıdır ki, 2017-ci ildə hərbçilərin 72%-nin təhlükəli hesab etdiyi Şimali Koreya 2018-ci ildə daha az təhdid potensialına malik olub -46% . İran 41%, Suriya 24%, Səudiyyə Ərəbistanı 18%, İraq və Əfqanıstan isə 13%-lə ABŞ-a qarşı düşmən olan ölkələr sırasında sadalanıb.

ABŞ-ın milli təhlükəsizliyinə yönəlik ən böyük təhdidin isə kiberterrorizm olduğu vurğulanıb. Bir çoxları Birləşmiş Ştatlaırn kibermüharibələrə hazır olmadığını düşünür.

ABŞ hərçbilərinin üçdə bir hissəsi ölkənin bu sahədə apardığı siyasəti bəyənmədiklərini söyləyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.