Suriyanı viran qoyanlar onun bərpasından imtina etdilər - ABŞ, Britaniya, Almaniya, Fransa…

16-03-2019, 07:51           
Suriyanı viran qoyanlar onun bərpasından imtina etdilər - ABŞ, Britaniya, Almaniya, Fransa…
Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya (BB), Almaniya və Fransa Suriyanın bərpası işlərinə kömək göstərmək niyyətində deyillər. Bu barədə 4 ölkənin bu gün qəbul etdiyi bəyanatda xəbər verilir.

Məlumata görə, bu dövlətlərin nümayəndələri izah ediblər ki, Suriyanın bərpasına «indiki münaqişənin gerçək siyasi tənzimlənməsindən sonra» kömək etməyə başlayacaqlar. Bəyanatda deyiir ki, guya başlıca hədəf Suriya Ərəb Respublikası (SƏR) üçün «ədalətə və sülhə» nail olmaqdan ibarətdir.

Qeyd etmək lazımdır ki, Suriyada sülhə nail olunmasına məhz həmin 4 dövlət «pərdə arxasından» mane olur. Və əslində elə Suriyanı viran qoyan da onlardır . İndi də hər vəchlə dağıdılmış ölkənin bərpasından yayınmaq cəhdləri nümayiş etdirirlər.

Odur ki, açıq-aşkar görünür, Suriyada sülhə və əminamanlığa nail olmaq üçün ilk növbədə, sözügedən dövlətlərin Suriyanın yaxasından yapışmış qanlı əllərini kəsmək lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.