Aksiyaçılar televiziya binasını ələ keçirdi - Canlı

17-03-2019, 09:22           
Aksiyaçılar televiziya binasını ələ keçirdi - Canlı
Minlərlə insan Monteneqro hakimiyyətinə qarşı etiraz aksiyasına başlayıb.

Axar.az RİA-ya istinadən xəbər verir ki, paytaxt Podqoritsa küçələrinə toplaşan etirazçılar hökuməti korrupsiyada ittiham edərək istefasını tələb edirlər.

Etiraz aksiyalarında iştirak edənlərin əksəriyyəti tələbə və müəllimlərdən ibarətdir. Onlar dövlətin özəlləşdirildiyini, azadlıq istədiklərini şüarları ilə bəyan edirlər.

***

Serbiyada da hökumət əleyhinə etiraz aksiyaları keçirilir.

Aksiyaçılar Belqradda RTS telekanalının binasına daxil olaraq girişləri bağlayıblar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.