Marsda insan əlinin məhsulu olan əşya tapdılar – Foto, Video

17-03-2019, 12:18           
Marsda insan əlinin məhsulu olan əşya tapdılar – Foto, Video
Marsda həyat olub-olmaması uzun müzakirələrin predmetidir. Kinematoqrafiya bu haqda müxtəlif filmlər yaratmaqdan yorulmur. Alimlər nə vaxtsa burada həyat olması qənaətindədir.
Bizimyol.info “express.co.uk” saytına istinadən xəbər verir ki, Marsın səthində mənşəyi məlum olmayan əşya tapılması yeni bir müzakirə istiqaməti müəyyənləşdirib. Bir “Youtube” bloggeri NASA-nın planetdə gəzən cihazın yaydığı görüntülərdə maraqlı detal aşkar edib. Onun gözündən metal parçası yayınmayıb. Bloggerdən sonra bu predmetə yüzminlərlə adam da diqqət yetirib. Onun fikrincə, bu, itmiş sivilizasiyanın kosmik gəmisinin bir parçası ola bilər.

Mars planetindən görüntü
Blogger düşünür ki, Mars əvvəllər Yer kürəsinə bənzəyib. Lakin radiasiya planeti ağıllı varlığın mövcudluğu üçün yararsız hala salıb. Təxminən alimlər də belə fikirləşir. Onların fikrincə, Mars nə vaxtsa canlı planet olub. Müəyyən fiziki dəyişikliklər planetin ümumi obrazına böyük təsir göstərib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.