İran İsraili hədələdi:"Gəmilərimizə müdaxilə edilsə buna sərt cavab verəcəyik"

17-03-2019, 20:29           
İran İsraili hədələdi:"Gəmilərimizə müdaxilə edilsə buna sərt cavab verəcəyik"
İran İsraili hədələyib.

ONA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb İsrail baş naziri Benyamin Netanyahunun İranın dəniz yolu ilə gəmilərlə neft daşıyaraq ABŞ sanksiyalarını aşmağa çalışdığını və buna görə İsrailin İran gəmilərinə müdaxilə edə biləcəyini bəyan etməsi olub.

İran müdafiə naziri Əmir Hatemi isə bu gün deyib ki, İran gəmilərinə müdaxilə quldurluq sayılacaq və İran ordusu buna sərt cavab verəcək. Müdafiə naziri İran ordusunun ölkənin gəmilərini istənilən təhdidə qarşı qoruyacaq gücə sahib olduğunu vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın neft qarşısını alacağı halda İran Vaşinqtonu Hörmüz boğazını bağlayacağı ilə hədələmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.