Daha bir demokrat senator prezidentlik yarışına qoşuldu

18-03-2019, 07:16           
Daha bir demokrat senator prezidentlik yarışına qoşuldu
ABŞ-ın Demokrat partiyasının üzvü,Nyu-York ştatından senator Kirsten Cillibrand 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.Fransanın AFP agentliyinin məlumatına əsasən, Kirsten Cillibrand mediada günlərdir bununla bağlı dərc olunan yazıları və proqnozları təsdiqləyib.

“Cəsarətlilər qalib gəlirmi? İndi və ya həmişə yox. Cəsur insanlar digərlərini bir-birinə qarşı qızışdırmaz. Cürətli kəs pulu insan həyatından üstün tutmaz. Cəsarətli adam nifrət aşılamaz. Həqiqəti təhrif etməz. Divar tikməz. Bu ancaq qorxaqların əməlidir”,-deyə xanım Cillibirand bəyan edərək Donald Trampa meydan oxuyub.

Kirten Cillibrand 1966-cı ildə Nyu-York ştatının paytaxtı Olbani şəhərində dünyaya gəlib. 2008-ci ildə prezident Barak Obama ştatın senatoru Hillari Klintonu dövlət katibi təyin etdiyinə görə qubernator Devid Patterson Senatdakı boşalan yeri Kirsten Cillibrandla əvəzləyib.

Lakin amerikalı senator sonradan, 2010, 2012 və 2018-ci illərdəki seçkilərdə respublikaçı rəqiblərinə seçki yolu ilə qalib gəlməyi bacarıb.

Kirsten Cillibrand Demmokrat partiyasının mühafizəkar qanadına yaxın hesab olunur.

Onun 2016-cı ildə partiya daxilində Hilliari Klintonun prezidentliyinə qarşı çıxdığı da bilinməkdədir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru