Rusiyanın ehtiyat fondu gələn il qurtaracaq

27-10-2015, 22:04           
Rusiyanın ehtiyat fondu gələn il qurtaracaq
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, əgər dünya bazarında enerji daşıyıcılarının qiyməti indiki həddə qalsa ölkənin ehtiyat fondu qurtara bilər.

O, oktyabrın 27-də Moskvada jurnalistlərə 2015-ci ildə büdcə kəsirinin 2,6 trilyon rubl (41 milyard dollar) olacağını bildirib.

Nazir həmçinin qeyd edib ki, əgər neftin bareli 45 dollar, 1 dollar isə 62 rubl səviyyəsində olsa 2016-cı ildə büdcə kəsiri 900 milyard rubl olacaq.

Bu isə o deməkdir ki, 2016-cı il büdcə ehtiyatından istifadə üçün son il olacaq və bundan sonra resurslar tükənəcək.

O qeyd edib ki, ona görə də bu ölkənin gündəliyində duran 1 nömrəli məsələ olmalıdır.

2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Moskvaya qarşı tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vurub.

Bundan başqa Rusiya 2014-cü il Qış Olimpiya oyunları,Krımın bərpası və Suriyadakı hərbi kampaniyaya milyardlarla vəsait xərcləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.