ABŞ təyyarəsi rus donanmasına "hücum etdi"

19-03-2019, 09:00           
ABŞ təyyarəsi rus donanmasına "hücum etdi"
ABŞ Hərbi Hava Qüvvələrinə tərkibinə daxil olan B-52H strateji bombardmançı təyyarəsi Fin körfəzi istiqamətindən Rusiyanın Leninqrad sərhədlərinə yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu barədə “PlanRadar” monitorinq resursu məlumat yayıb. Nüvə bombası daşımaq imkanına malik olan təyyarə əvvəlcə Kalininqrad sərhədlərində uçuş həyata keçirib.

Təyyarə orada, Baltik donanması üzərində nüvə hücumunu təqlid edib.

Daha sonra isə B-52 Sankt-Peterburq istiqamətində uçub və şəhərə 191 km məsafədə yaxınlaşıb.

Uçuş təxminən 8 km hündürlükdə baş tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.