Səudiyyə Kralından şahzadəyə zərbə: Səlahiyyətləri əlindən alındı

20-03-2019, 08:06           
Səudiyyə Kralından şahzadəyə zərbə: Səlahiyyətləri əlindən alındı
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın iqtisadiyyat və maliyyə sahəsində qərar qəbul etməsi məhdudlaşdırılıb

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanın bir sıra səlahiyyətlərini əlindən alıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın iqtisadiyyat və maliyyə sahəsində qərar qəbul etməsi məhdudlaşdırılıb.

Vəliəhd şahzadə iki həftədir əhəmiyyətli tədbirlərdə iştirak etmir. Şahzadənin investisiya qərarlarına kralın adından yeni milli təhlükəsizlik müşaviri Musaed al-Aibanın nəzarət edəcəyi bildirilib.

Ata oğulun arasını vuran hadisə isə İstanbulda Səudiyyə Ərəbistanın səfirliyində jurnalist Camal Qaşıqçının öldürülməsi olub. Ər-Riyad rəhbərliyi cinayətdə şahzadənin rolu olduğu iddialarını tez-tez rədd etsə də, Məhəmməd bin Salmanın nüfuzunun sarsıldığı deyilir.

Son olaraq Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyada həyata keçirdiyi səfər zamanı Məhəmməd bin Salman ilə bir araya gəlməyib. Hindistan və Çin səfirləri ilə və digər görüşlərdə də şahzadə iştirak etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.