Yəhudilərin pul problemi var?! - Putin hər kəsi güldürdü

20-03-2019, 08:20           
Yəhudilərin pul problemi var?! - Putin hər kəsi güldürdü
Krımın Rusiyaya birləşdirilməsinin 5-ci ildönümü münasibətilə Kreml rəhbəri Vladimir Putin Krıma səfər edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Simferopolda Krımın Baş ravvini Benyamin Volf və digər ictimai-siyasi şəxslərlə görüş keçirib. Görüşdə maraqlı dialoq yaşanıb.

Söhbət zamanı Volf maddi problemlər səbəbindən Krımda sinaqoq inşasının gecikdiyini, ancaq il sonuna qədər tamamlanacağını Putinə bildirib.

Putin də ravvinin bu sözlərinə zarafatyana şəkildə “Yəhudilərin maddi problemləri varmış. Yalnız Krımda belə bir şey baş verə bilərdi”, - deyə cavab verib və zaldakıların gülüşünə səbəb olub.

Ardınca isə Volfa ibranicə təşəkkür edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.