Azərbaycanlı bloqer izləyicilərinə pul və “Gelandewagen” verir

20-03-2019, 16:11           
Azərbaycanlı bloqer izləyicilərinə pul və “Gelandewagen” verir
Rusiyanın məşhur videobloqeri Hüseyn Həsənov yenidən izləyicilərini hərəkəti ilə heyrətləndirib.

Oxu.Az xəbər verir ki, o, şəxsi Instagram hesabında izləyicilər arasında ənənəvi müsabiqə keçirib.

Şərtlərə əsasən izləyicilər şəxsi Instagram səhifələrinin “hekayə” bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalıdır. Həsənov həmin şəxslər arasından seçim edərək onlara 100 min rus rublu hədiyyə verib.

Bununla yanaşı yaxın günlərdə müsabiqə yolu ilə videobloqer şəxsi “Gelandewagen” avtomobilini izləyicilərindən birinə hədiyyə edəcək. Bunu onun Instagram hesabının “tarix” bölməsinə baxdıqda, aydın görmək olar.

Qeyd edək ki, bu, azərbaycanlı Hüseyn Həsənovun sosial şəbəkə hesabında keçirdiyi ilk və yeganə müsabiqə deyil. Bundan bir müddət öncə o, özünün idarə etdiyi qırmızı rəngdə lüks “Ferrari” avtomobilini hədiyyə etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.