ABŞ ordusunun zirehli texnikasından ibarət karvanı Latviyaya daxil olub

28-10-2015, 11:31           
ABŞ ordusunun zirehli texnikasından ibarət karvanı Latviyaya daxil olub
ABŞ ordusunun 17 ədəd zirehli texnikasından ibarət karvanı Latviyanın “Adaji” hərbi bazasına daxil olub. APA-nın məlumatına görə, bunu Latviya Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Kaspars Qalkins deyib.

““M1A2 Abrams” tipli 8 ədəd tank və “M2A3” tipli zirehli maşən gecə saatlarında Liyepaye limanına daxil olub. Günorta saatlarında onlar Adaji bazasına göndərilib”, deyə o bildirib.

Kaspars Qalkinsin sözlərinə görə, ABŞ-ın hərbi texnikası Latviyada azı üç ay qalacaq: “ABŞ-ın hərbi texnikası Latvi Silahlı Qüvvələri ilə birgə keçiriləcək təlimlərdə iştirak edəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.